İtaliyanın Modena şəhərində ən məєhur avtomobil şirkətlərindən olan Ferrari avtomobillərinin tarixi muzeyi təşkil olunub. Muzey adını dünya avtomobil idmanı tarixinə qızıl hərflərlə həkk etmiş və hələ sağlığında əfsanəyə çevrilmiş şirkətin təsisçisi Enzo Ferrariyə həsr olunub. Məlumat üçün bildirək ki, ümumi sahəsi 5,000 kv metr olan muzey binası Enzo Ferrarini şəxsi ev ətrafında nəfis tərtibatda hazırlanıb. Qeyd edək ki, Enzo Ferrari 1898-ci ildə fevralın 18-də İtaliyanın kiçik Modena şəhərində dünyaya gəlib. Onun yaratdığı avtomobil şirkəti və yarış avtomobilləri uzun illərdir ki, İtaliyanın milli sərvəti sayılır.
Ferrari təkcə bahalı idman avtomobilləri və "Formula-1" bolidləri deyil, hətta uğurun və zənginliyin sinonimi də deyil. Ferrari avtomobili idmanı tarixinin fəlsəfəsi, ənənələri və bütöv bir dövrüdür. Enzo Ferrarinin ölümündən iyirmi il keçsə də onun qurduğu şirkət əvvəlki tək avtomobil olimpinin zirvəsində dayanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB