ABŞ-ın musiqi ulduzu Uitni Hyustonun ötən ay qəfildən ölməsinə səbəb onun suda boğulması və bu insidenti yaradan səbəblər kimi kokaindən istifadə və ürək xəstəliyi olub. SİA-nın xəbərinə görə, bu barədə xəbəri Los Anceles Tibbi Ekspertiza İdarəsinini verdiyi bəyanatda öz əksini tapıb.
Qeyd edək ki, Uitni Hyuston göstərilən narkotiki uzun müddət qəbul edib. Onun orqanizmində kokain izləri aşkar edilib, bu da onun bu narkotiki ölümündən az əvvəl qəbul etdiyini bildirir. Buna baxmayaraq, hadisə yerində narkotik maddələrin izləri belə aşkar edilməyib.
Məhz buna görə ehtimal edilir ki, Uitni Hyustonu narkotiklə təmin edən tanışı müğənninin ölümündən dərhal sonra qalan kokaini otel nömrəsindən çıxarıb. Məhz bundan sonra müğənninin ölüm işi ilə bağlı cinayət işi ilə narkotiklə mübarizə idarəsi məşğul olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB