Azərbaycanda günəş batareyaları üçün akkumulyasiya qurğuları istehsal olunacaq
Azərbaycanda günəş batareyaları üçün akkumulyasiya qurğuları istehsal olunacaq. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə Azərbaycan Sənaye və Energetika Nazirliyi yanında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov bildirib.
Onun sözlərinə görə, bu ilin mayında zavod tam gücü ilə işləməyə başlayacaq."Sumqayıt texnoparkında günəş batareyaları vasitəsilə alınan enerjini toplayacaq akkumulyasiya qurğularının istehsalı planlaşdırılır".
Qeyd edək ki, günəş batareyaları istehsal edən zavod ilk eksperimental partiyanı artıq buraxıb.
.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB