Dünyanın 20 möcüzəsi - FOTOSESSİYA

Dünyanın 20 möcüzəsi - FOTOSESSİYA

Dünyanın 7 möcüzəsi hamımıza məlumdur. Lakin təbiətin elə fərqli, gözəl, vahiməli möcüzələri var ki, hansısa siyahıda qeyd olunmasalar da, onlar dünyanın ən möhtəşəm 20-liyi sırasındadırlar. SİA həmin 20-liyi təqdim edir:


3952 metr yüksəkliyindəki Yuşan Dağı, Tayvanın ən yüksək dağıdır. Ətəyində dəniz sahili yerləşən dağ, dənizin 4000 metr dərinliyinə qədər uzanır. Bölgədə 140 növ quş, 28 növ məməli, 17 növ sürünən və 186 növ kəpənək yaşayır.

\"\"


İtalyadakı Vezuvi yanardağı keçən yüzillikdə Avropa qitəsində fəaliyyətə keçən tək vulkandır.

\"\"


345 metr yüksəkliyindəki Uluru və ya Ayers qayası Avstraliyanın ən tanınmış yerlərindən biridir. İl ərzində yalnız iyul ayında səlahiyyətlilər bir sıra ekoloji və təhlükəsizlik səbəblər ilə əlaqədar bu qayaya dırmaşmağı qadağan edirlər.

\"\"


Bangladeş və Hindistan arasında yerləşən Sərdanban deltası, yer planetindəki ən böyük meşələrdən keçir. Sərdanban hind dilində gözəl meşə mənasını verir.

\"\"


Böyük 20-likdə Azərbaycanın da adı var. Ölkəmiz siyahıda palçıq vulkanı ilə möcüzələr sırasındadır. Belə ki, dünyanın 700 palçıq vulkanından, 300-ü Azərbaycanın Xəzər dənizi sahillərində Qobustan bölgəsində yerləşir. Həmin vulkanlar yerin altındakı palçıq resursları ilə qidalandığından bəzən durğun dövrlərdə də qəflətən püskürə bilir.

\"\"


Yeni Zelandiyanın ən tanınan ərazilərindən biri olan Milford Sound şəlalələrini il ərzində 500 min turist ziyarət edir.

\"\"


İsveçrə ilə İtaliyanın sərhədində yerləşən Matterhorn dağı 4477 metr yüksəkliyindədir. Eyni zamanda dağ Avropanın həm ən yüksək, həm də ən gözəl görünüşlü dağı hesab olunur.

\"\"


Polşadakı Masurian gölləri sahəsi 52.000 kvadrat km ərazini əhatə edir. Sahədə ümumilikdə 2000-dən çox göl yerləşir.

\"\"


Hind Okeanı ərazisində1200 adadan ibarət olan Maltiv adaları ümumilikdə bir dövlətdir. Hindistanın cənubunda və Şri-Lankanın təxminən 750 kilometr cənub-qərbində yerləşir.

\"\"

\"\"

\"\"

1987-ci ildən Dünyanın Mədəniyyət Mülkü siyahısında yer alan Klimancaro dağı 5894 metr yüksəkliyindədir və Afrikanın en yüksək nöqtəsidir. Dağın zirvəsindəki qar getdikcə əriyir. 1912-ci ildə zirvədə müşahidə edilən qarın artıq 80 faizi əriyib. 2030-cu ildə isə zirvədəki qarın tamamilə əriyəcəyi ehtimal edilir. Dağda 11 min ildən bəri yığılan qar sahələri var.

\"\"


Livanın paytaxtı Beyrutdan 18 km uzaqlıqdakı Jeita Grotto mağarası 9 km uzunluğundadır. Bu mağara, minlərlə il əvvəl insanlar tərəfindən istifadə edilmişdir və 1836-ci ildə təkrar kəşf edildiyində içində mizraq başları, qablar və sümüklər tapılmışdır. Bu mağara hər il təxminən 2 milyon adam tərəfindən ziyarət edilir.

\"\"


Avstraliyadakı Böyük Baryer Resifində 400 növ mərcan, 1500 növ balıq və 4 min növ məməli yaşayır. 1981-ci ildən etibarən Dünya Mirası Siyahısına daxil edilb.

\"\"


ABŞ-ın məşhur bölgəsi Böyük Kanyonun dərinliyi 1200 metr, uzunluğun 12 min metrdir. 6 milyon il ərzində meydana gələn bölgəni ildə 5 milyon nəfər turist ziyarət edir.

\"\"


Qalapaqos Adaları 1978-ci ilən bəri Dünya mədəniyyət mirası siyahısına daxil edilib.

\"\"


Porto Ricodakı Əl Yunqe Milli Meşəsi Şimali Amerika meşə sistemində tək tək tropik meşədir. 113.3 kvadrat kilometr ərazini əhatə edən meşədə 23 növ bitki var.

\"\"


600 kvadrat kilometr ərazini əhatə edən Lut Gölü, dünyanın ən duzlu gölü olmaqla Afrika ilə Suriyanı ayıran zolaqda yerləşir. Gölün dərinliyi təxminən 376 metrdir (dəniz səviyyəsindən 422 metr aşağı).

\"\"


İrlandiyanın County Clare şəhərində olan və 120 metrdən 214 metrə qədər uzanan Moher qayalarını görmək üçün hər il müxtəlif ölkələrdən 1 milyondan çox turist aın edir. Təxminən 30000 quşun yaşadığı bölgədə Harry Potter və bir sıra digər filmlər də çəkilib.

\"\"


Abu Dabidə yerləşən Tinah adası qayaları və yosun yataqlarıyla dünyanın ən gözəl məkanlarından biridir.

\"\"

\"\"

Qara Meşə Almaniyanın cənub-qərbində olan Baden-Württemberg əyalətindəki ağaclıq dağ bölgəsidir. Bölgə yuxarıdan baxdıqda düzbucaqlı formasını xatırladır, 12.000 kvadrat kilometr sahəyə malikdir.

\"\"


Dünyanın ən yüksək şəlaləsi olan Anhel 979 metr yüksəkliyindədir. Şəlaləni 20-ci əsrin əvvəllərində Ernesto Sanchez La Cruz kəşf edib.

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə