Sumqayıt sakini silah-sursat satarkən tutuldu

Sumqayıt sakini silah-sursat satarkən tutuldu

Sumqayıt şəhər sakini silah satarkən tutulub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Elçin Səfərov 1 ədəd \"Kalaşnikov\" tipli əl pulemyotunu, 10 ədəd patronu və 1 ədəd patron darağını 1200 manata satarkən saxlanılıb. Qeyd edək ki, E. Səfərovun əvvəllər də məhkum olunduğu bildirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə