Yarım saat ərzində 337 toyuq qanadı yedi- FOTO

Yarım saat ərzində 337 toyuq qanadı yedi- FOTO

ABŞ-da yarım saatda 337 toyuq qanadı yeyən yaponiyalı Kobayaşi Ginnesin Rekordlar kitabına düşməyi bacarıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Filadelfiya əyalətində keçirilən yarışmada yapon iştirakçı Takeru Kobayaşi 20 minə yaxın tamaşaçının qarşısında yarım saat ərzində bu qədər toyuq qanadını yeyə bilib.

Qeyd edək ki, keçən il yarım saatda 225 toyuq qanadı yeyən Conatan Squyibinin rekordunu təzələyən Kobayaşi yeni göstərici ilə 20 min dollarlıq mükafatı qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə