İtlərə \"Oskar\" mükafatı təsis edilib

İtlərə \"Oskar\" mükafatı təsis edilib

Hollivudda filmə çəkilən itlər mükafatlandırılıb. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, mükafat "Qızıl suyuna salınmış xalta" adlanır. Artıq onun ilk nominantları da müəyyənləşib.

Yanvarın 18-də keçirilmiş təntənəli mərasimdə "İt Oskarı"na namizədlərin ləqəbləri açıqlanıb. Mükafat uğrunda 4 it mübarizə aparıb.

Qeyd edək ki, qalib fevralın 13-də Los-Ancelesdəki "Palomar" mehmanxanasında keçiriləcək təntənəli mərasimdə elan olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə