2012 ci ilin ilk dünyaya göz açan körpəsi Siyəzəndə doğulub

2012 ci ilin ilk dünyaya göz açan körpəsi Siyəzəndə doğulub
2012-ci ilin ilk körpə səsi Siyəzən rayonundan gəlib. O, 1 yanvar gecə saat 01.45 radələrində Siyəzən regional müalicə diaqnostika mərkəzində dünyaya göz açıb. SİA-nın verdiyi məlumata görə, yanvarın birindən indiyədək Siyəzəndə 14 uşaq doğulub. Onların hamısı oğlandır.

Quba rayonunda isə ilin ilk uşağı 1 yanvar gecə saat 02.20 radələrində doğulub. Bundan başqa, yanvarın birindən indiyədək Qubada 14 körpə dünyaya gəlib. Onların 9-u qız, 5-i oğlandır.

Xaçmazda yanvar ayının 1 dən indiyədək 11 uşaq doğulub. Körpələrin 5-i qız, 6-sı oğlandır. Şabranda bu müddət ərzində 4 körpə dünyaya gəlib ki, onların da 1-i oğlan, 3-ü qızdır.

Qusar rayonunda 2012-ci il ərzində 5 uşaq doğulub. Onların 2-i qız, 3-ü oğlandır. Ümumilikdə şimal bölgəsində 2012-ci ilin ilk 3 günündə 48 uşaq doğulub. Onların 19-u qız, 29-u isə oğlandır. Doğulan bütün körpələrin səhhətində hər hansı bir problem olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə