Meksikalı cadugər dünyanın sonunu təxirə saldı

Meksikalı cadugər dünyanın sonunu təxirə saldı

Meksikanın "dahi cadugəri" 2012-ci ildə dünyanın sonu haqda yayılan məlumatları təkzib edib. "Associated Press"in verdiyi məlumata görə, Antoni Vaskes Alba hər il keçirdiyi mətbuat konfransında bildirib ki, Mayya sivilizasiyasınında heç vaxt dünyanın sonu haqda heç nə deyilməyib. Cadugər 2012-ci ilin dünyanın sonu olacaq nəzəriyyəsinin tamamilə yalan olduğunu deyib.


Konfransın gedişi zamanı Vaskes Cənubi Amerika liderlərinin son vaxtlar xərçəng xəstəliyinə tutulması ilə bağlı məsələyə də toxunub. O hesab edir ki, prezidentlərin xərçəng xəstəliyinə tutulmasının cadugarlıqla əlaqədardır.


Qeyd edək ki, Venesuela prezidenti Uqo Çaves də onun və Braziliya, Argentina, paraqvaylı həmkarlarının xərçəng xəstəliyinə tutulmasında ABŞ-ın əli olduğunu bildirmişdi.


Bunlarla yanaşı, cadugərın saytında 2012-ci illə bağlı öncəgörmələri yerləşdirilib. Ümumilikdə, o bu il çoxsaylı qurbanların olacağı 3 ən iri aviafaciə, İtaliyada zəlzələ, Ekvadorda dağıdıcı vulkanlar və Sakit okeanda sunami olacağını deyib.


Qeyd edək ki, Vaskes Alba 1980-ci ildən hər il öz pronqozlarını verir, amma onun görmələri heç də möhtəşəm deyil. Belə ki, Vakes 2008-ci ildə pop-müğənni Britni Spirsin öləcəyini demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə