24 əyyarlıq “Qızıl maşın” -FOTOSESSİYA

24 əyyarlıq “Qızıl maşın” -FOTOSESSİYA

İsveçrəli iş adamı Uli Anliker \"Mercedes-Benz SLR\" markalı avtomobilinə 5.5 milyon dollar vəsait sərf edərək qeyri-adi bir maşına çevirdi. "Anliker McLaren SLR 999 Red Gold Dream" (Xəyallarımın qırmışı qızılı) adlandırdığı avtomobilin üzərində 35 nəfər 30 min saat işləyib.

Qeyd edək ki, 25 qat qırmızı boyadan eyni zamanda 5 kiloqram qızıl tozundan istifadə olunan bu qiymətli avtomobilin salonu yaqut daşlarla, sükanı, işıq faraları, qapı qolları və təkər diskləri isə 24 əyyarlıq qızılla işlənib hazırlanıb.

Avtomobil təmsilçisi Uli Anliker 24 əyyarlıq "Qızıl maşını" 11 milyon dollara satışa çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə