Bakıda və Abşeron yarımadasında dekabrın 15-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Temperatur gecə 2-6° isti, gündüz 6-11° isti olacaqdır. Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti olacaq.
Ekologiya və Təbii sərvətlər nazirliyinin Milli Hidrometrologiya deportamentindən SİA-ya verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Temperaturun gecə 2-7° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında əsasən gecə və axşam duman, çiskin olacaqdır.Temperatur gecə 1-5 ° şaxta, gündüz 6-10° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında əsasən gecə və səhər duman, çiskin olacaq.Temperatur gecə 1-5° isti, gündüz 6-10° isti olacaq.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın əsasən şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 4-7° şaxta, gündüz 0-3° isti təşkil edəcəkdir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən gecə və axşam yağış yağacağı gözlənilir. Səhər duman olacaqdır. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Temperatur gecə 0-5° isti, gündüz 6-110 isti, dağlarda gecə 3-80 şaxta, gündüz 2-5° isti təşkil edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB