Səudiyyə Ərəbistanında dünyanın ən hündür göydələni inşa ediləcək - MARAQLI

Səudiyyə Ərəbistanında dünyanın ən hündür göydələni inşa ediləcək - MARAQLI
Səudiyyə Ərəbistanının Ciddə şəhərində dünyanın ən hündür göydələni inşa ediləcək. Tikinti meydançasının sahəsi 530 min kvadrat metr olan Kingdom Tower yeni salınmış Kingdom City adlanan superşəhərdə inşa ediləcək.

SİA-nın xarici mənbələrə istinadən verdiyi məlumata görə, yeni göydələnin Dubayda tikilmiş Burj Khalifa-nın layihəçiləri tərəfindən ərsəyə gətiriləcəyi gözlənilir. Burj Khalifa-dan fərqli olaraq Kingdom Tower 1001 metr hündürlüyündə olmaqla dünya rekordu qıracaq. Xatırladaq ki Burj Khalifa 828 metr hündürlüyündədir.

Bütün xəbərlər Facebook səhifəmizdə