Ayağının altına baxma... - FOTO

Çinin Zhangjiajie əyalətindəki Tianmen dağına quraşdırılan şüşədən hazırlanan çığır turistlərə sanki havada yeriyirmiş hissini yaşadır.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dəniz səviyyəsindən 1432 kilometr yüksəklikdəki, 60 metr uzunluğundakı çığırdan keçmək insandan böyük cəsarət tələb edir. Turistlərdən bəziləri şüşədən çığırdan keçərkən qorxu hissləri keçirir. Turistlər cığırdan keçərkən onlara xüsusi ayaqqabılar verilir. Beləcə şüşə döşəmənin çirklənməsinin qarşısı alınır və görüntü tam şəffaf olur.

Bütün xəbərlər Facebook səhifəmizdə