İranda seksual azlıqlar "Facebook" sosial şəbəkəsində İran rejiminə qarşı kampaniyaya başlayıblar. Onlar İranda seksual müxtəlifliyi cinayət adlandıran rejimin tətbiq etdiyi ölüm hökmü cəzasına qarşı çıxıblar. Qeyri-ənənəvi seksual oriyentasiyanın ardıcılları özlərinin videomüraciətlərini internetdə də yerləşdiriblər. Bununla bütün dünyaya üzləşdikləri ayrı-seçkiliyi çatdırmaq istədiklərini bildiriblər.
SİA "Guardian"a istinadən yazır ki, ölkə prezidenti Mahmud Əhmədnejadın 2007-ci ildə İranda seksual azlıqların olmadığı barədə bəyanatına baxmayaraq, internetdə başladılan "Biz hər yerdəyik" kampaniyasına 1600 mavi qoşulub. İrandakı mavilər özlərinin adlarını gizlətsələr də, xaricdə yaşayanlar öz adlarını internetdə yerləşdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB