Tibb tarixində sirri bəlli olmayan 10 bənzərsiz hadisə - FOTOSSESİYA

Tibb tarixində sirri bəlli olmayan 10 bənzərsiz hadisə - FOTOSSESİYA

Tibb dünyanın ən əhəmiyyətli elmlərindən olsa belə bir çox sirr və naməlumluğu da içində saxlayır. Dünyada elə xəstəliklər var ki səbəbi və müalicəsi hələ açılmayıb. Dünya tibb tarixində səbəbi və sirri bəlli olmayan 10 bənzərsiz hadisə...

1- 19 il sonra komadan oyandı

Polşalı dəmiryol işçisi Jan Grzebski iki qatarı bir-birinə bağlayarkən qəzaya düşdü. Xəstəxanaya gətirilən Grzebskini tibbi müayinədən keçiriblər və məlum olub ki, onda beyin xərçəngi var. Həkimlər xəstəyə 3 il ömür yaşayacağını bildirsələr də dəmiryolçu 19 il dərin komada qaldı.

Belə ki, xəstə 12 Aprel 2007-ci ildə komadan ayılıb. Maraqlı olan isə Grzebskinin komaya girməzdən əvvəl Polşanın kommunist rejimi ilə idarə olunması idi. Komadan çıxan Grzebski isə hazırda gözlərini kapitalist dünyaya açıb.

\"\"

2- Qurd Adam

Hindistanlı oğlanı Prithviraj Patil ilə Taylandlı qız uşağı Supatra Sasuphan digər bütün uşaqlar kimi oyun oynamaq, üzməyə getmək istəyirdi. Ancaq onları fərqli edən keçirdikləri hipertrikosis -yəni \"Qurd adam\" sindromu- xəstəliyi oldu.

1638-ci ildən bəri yalnız 50 adamda təsadüf edilən bu xəstəlik yüzdə bir nəfərə təsadüf edir. Bu xəstəliyi keçirən iki uşağın üzü də bir qurd adam kimi tüklə örtülü olur. Çox təəssüf ki xəstəliyin müalicəsi hələ də tapıla bilməyib. Ancaq xəstəliyin ölümcül olmamasına baxmayaraq uşaqlar cəmiyyətdən təcrid yaşamağa məhkumdular.

\"\"

3- Elektrik adam

Yüksək gərginlikli elektrik hamımız üçün ölümcüldür. Ancaq Porto Ricolu Jose Ayala üçün deyil. Ayala bədənində heç bir insanın qəbul edə bilməyəcəyi qədər elektrik qəbul edir. Daha da maraqlısı isə Jose Ayala bədənindəki elektrik sahəsində barmaqları ilə kağız yandıra bilir


4- 47-ci mərtəbədən düşdü, ölmədi

Alcides və Edgar Moreno qardaşlar göydələnlərin şüşə təmizliyi ilə məşğul olurlari. 7 dekabr 2007-ci ildə qaradşalrın başına bədbaxt hadisə gəlib. Belə ki, onların üstündə dayandıqları platforma çöküb və iki qardaş 47 mərtəbədən aşağı düşüb. Qardaşlarda biri dünyasını dəyişəsədə digəri möcüzəvi bir şəkildə xilas olub.

\"\"

5- 118 gün \'ürəksiz\' yaşadı

ABŞ-ın Şimalı Karolina əyalətində yaşayan Jina Simmons sanki tibbin yaşayan möcüzəsidir. Gənc Amerikalı hardasa 4 ay ərzində yeni bir donor ürək gözləyərək, ürəksiz yaşadı.

\"\"

6 - Ağrı hiss etməyən qız

9 yaşında mehriban və enerji dolu bir qız uşağı olan Gaby Gingrası digər uşaqlardan fərqləndirən cəhət "CIPA" adı verilən bir əsəb xəstəliyindən əziyyət çəkməsidir. Dünyada yalnız 100 adamda bir nəfərin düçar olduğu bu xəstəlik nəticəsində insan ağrı hiss etmir.

\"\"

7- Suya allergiyaları var

Suya həsrət qalan xanımlar. Avstraliyalı Asleigh Morris və İngiltərədən Mixayelaa Dutton sudan nə vaxt istifadə etsələr dərhal bədənləri allergiya verir və səpməyə başlayır. Hətta onlar susuzluğun qarşısını almaq üçün xüsusi tibbi preparatlardan istifadə edirlər.

\"\"

\"\"

8- Yata bilməyən ailə

FFI adı verilən yuxu pozuqluğu xəstəliyi genetik səbəblərdənmüydana gəlir. Bu xəstəliyə tutulanlar yuxu nədio bilmir. 29 yaşındakı Çeryl Dinges də bu xəstəliyə tutulub. Belə ki, bu xəstəlik ona ailəsindən keçib. Qeyd edək ki, dünyada yalnız 40 ailədə belə xəstəlik mövcuddur.

\"\"

9- \'Kəpənək\' uşaqlar

Sarah və Joshua Thurmond qardaşlar genetik xəstəlik olan Epidermolsis bullosa xəstəliyinə tutulub. Bu xəstəlik dəriləri fövqəladə dərəcədə dayaqsız bir hala gətirir. Dəridə qaşınma və qabarıqlıqlar dərinin alt təbəqəsindəki toxumalara zərər verir.

Bunun nəticəsində dəri bir kəpənək qanadı qədər kövrək olur. Qardaşlar ağrını azaltmaq üçün xüsusi bandajlarla gəzsə də bu xəstəliyin müalicəsi yoxdur.

\"\"

10- Daş körpə doğan qadın

Fars əsilli olan qadın Zahra Ebutalib haradasa yarım əsr boyunca qarınında uşaq daşıyib. 1955-ci ildə xəstəxanaya doğum üçün gətirilən Zahradan 5 saatlıq bir əməliyyat nəticəsində daşlaşan döl çıxarılıb. Belə ki, 50 il qadının bətnində qalan uşaq artıq daşlaşıbmış. Bu cür hadisələr tibb dünyasında çox nadir rast gəlinir. Journal of Royal Society of Medicine jurnalına görə tibb dünyası yaranandan bu cür hadisələrə yalnız 290 dəfə rast gəlinib.

\"\"

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə