Rusiya kosmosun fəth edilməsi proqramından əl çəkmədiyini sonuncu layihəsi ilə sübuta yetirmək istəyir. SİA-nın verdiyi məlumata görə, şimal qonşumuz yeddi nəfərlik kosmik mehmanxana layihəsi üzərində işləri demək olar ki, tamamlayıb. Kosmik stansiya qonaqlarla birlikdə Yerdən təxminən 350 kilometr məsafədə olacaq. Bilet isə nə az, nə çox, iki gün üçün düz 800 min ABŞ dolları olacaq. Mehmanxana öz sərnişinlərini 2016-cı ildə qəbul edəcək. Gəmidəki kayutlar bütün avadanlıqlarla və yeməklə təmin olunacaq. Layihənin rəhbəri Sergey Kostenko bildirib ki, xidmət ən yüksək səviyyədə olacaq. Ona görə də müştəri sarıdan kasadlıq olmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB