Dünya şöhrətli fransız aktyoru Jerar Depardye təyyarədə yaşanan insidentə görə üzr istəyib. SİA-nın məlumatına görə, aktyorun mətbuat nümayəndəsi bildirib ki, onun səhhətində ciddi problem var və bu aktyora əziyyət verir.
Xatırladaq ki, hadisə \"Paris-Dublin\" reysi zamanı baş verib. Belə ki, stüardessanın aktyora tualetdən istifadə etməyə icazə verməməsi Jerar Depardyeni özündən çıxarıb və aktyor bu hərəkətin qarşılığında bütün sərnişinlərin gözü qarşısında təyyarənin salonuna təbii ehtiyacını edib. Sərnişinlərin fikirincə, onun bu cür davranışına əsas səbəb onun sərxoş olması olub. Lakin aktyorun dostu Eduard Baer bildirib ki, həqiqətən də aktyorun səhhətində ciddi problem var: \"Prostat vəzindəki problemlə əlaqədar təbii ehtiyacını saxlaya bilməyib, üstəlik bu ehtiyaclar üçün hər zaman üstündə gəzdirdiyi şüşə qab da dolub və tualetə getməyə icazə verilmədiyinə görə bunu etməyə məcbur olub". Onun sözlərinə görə, bu hadisə zamanı aktyor tam ayıq vəziyyətdə olub: \"O, etdiyi hərəkətə görə çox pərişan olduğunu deyib və üzr istədiyini bildirib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB