Peyğəmbərə şəxsiyyət vəsiqəsi çıxartdılar - FOTO

Peyğəmbərə şəxsiyyət vəsiqəsi çıxartdılar - FOTO

Türkiyənin Of bölgəsinin müftisi Məmməd Gənc ilə Peyğəmbərimizi Tanıtma və Mədəniyyət Fondunun üzvü Burhan Gültəkin Hz. Məhəmməd üçün şəxsiyyət vəsiqəsi hazırlayıb.

SİA-nın "HaberTürk"ə istinadən verdiyi xəbərə görə, Hz. Məhəmmədin doğumundan 1422 il sonra şəxsiyyət vəsiqəsini hazırladıqlarını və bölgə müftiliklərinə payladıqlarını ifadə edən Gənc belə deyib: "Bu dünyada bir ilkdir. İndiyə qədər belə bir şey düşünülməyib. Bu bir şəxsiyyət vəsiqəsidir. İstanbulda hazırlandı. Ramazan ayı üçün nəzərdə tutulub. Mənə də 1000 ədəd gəlib. Xərci 25 qəpikdir, qəbz qarşılığında 1 lirəyə (0.50 manat) satılmaqdadır. İnşallah Rəsulullah əfəndimiz 1422 il sonra çıxan bu şəxsiyyət vəsiqəsindən sonra mənən məmnun olub. Uca Rəbbim hamımızı Ona xidmətçi etsin və şəfaətinə nail etsin. Rəsulullah üçün nə etsək azdır".

Şəxsiyyət vəsiqəsinin ön və arxa tərəfində TC şəxsiyyət nömrəsi kimi qeydlərdən əlavə, Hz. Məhəmməd ilə bağlı bir çox məlumatlar da öz əksini tapıb.

Mövzuyla bağlı fikirlərini bildirən Prof. Dr. Bayraktar Bayraqlı bunları söyləyib: "Həzrəti Məhəmmədin şəxsiyyət vəsiqəsi Qurani Kərim -dir. Ayrıca olaraq bir şəxsiyyət vəsiqəsi çıxarmağın heç bir mənası yoxdur.

Hz. Məhəmmədə şəxsiyyət vəsiqəsi çıxarılmasına gəlincə, bunu ancaq Onun ailəsi, qəbiləsi edə bilər, Ərəblər edə bilər. Qurani-Kərim peyğəmbərimizin şəxsiyyət vəsiqəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə