Polisin \"Aşk-ı Memnu\" əməliyyatı

Polisin \"Aşk-ı Memnu\" əməliyyatı
İranda 1994-cü ildən bəri qadağan olan peyk antenalara qarşı irimiqyaslı bir əməliyyata başlayıb.

SİA-nın Türkiyənin \"Milliyet\" qəzetinə istinadən verdiyi xəbərə görə, xüsusitəyinatlı polislər başda Türk teleserialları olmaq üzrə Fars mədəniyyətinə zərər verdiyi iddia edilən xarici proqramların izlənilməsinin qarşısını almaq üçün peyk antenalarını evlərin damlarından yığıblar.


Qərb tərzi saç modeli, ev heyvanlarının saxlanılmasını, qadınların lak sürüb makiyaj etmələrini təbliğ edən və televiziya proqramlarında yayımlanan \"dünya mətbəxi\" proqramlarının Fars mədəniyyətinə zərər verdiyini səbəb göstərən İran rəhbərliyi gözünü peyk antenalarına çevirib. İranda 1994-cü ildə qüvvəyə minən bir qərarla idxalatı, yığılması, istehsalı, satışı və quraşdırılması qadağan olan peyk antenlərin satışı gizlində də olsa davam edir. Başda Türkiyə olmaq üzrə bir çox xarici kanal hər gün kütlələr tərəfindən izlənilir. Peyk üzərindən yayımlanan Türk teleserialları arasında \"Yabancı Damat\", \"Aşk-ı Memnu\" ve \"Gümüş\" ən çox izlənənlər sırasındadır. İranda 2008-ci ildə peyk vasitəsilə yayınlanmağa başlayan Türk serialları böyük bir tamaçaşı kütləsi toplayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB