Məşhur ulduz səhnədə infarkt keçirib

Məşhur ulduz səhnədə infarkt keçirib
İyulun 19-da Sudakda konsert çıxışı zamanı hava şəraitinin isti keçməsi və qəflətən təzyiqinin yüksəlməsi Filip Kirkorovun infarkt keçirməsinə səbəb olub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, çıxışı zamanı müğənni ürəyində ağrı hiss etdiyi üçün səhnə arxasına keçmək istəyib. Konsertin çox hissəsini ifa edən müğənni proqramını davam etdirə bilməyəcəyini görüb tamaşaçılara, pullarının geri qaytarılmasını xahiş edib."Mən artıq yaxşıyam narahat olmayın, pərəstişkarlarıma söz verirəm ki, Moskvaya qayıtdıqdan sonra mən öz səhhətimlə ciddi məşğul olacağam", deyə müğənni jurnalistlərə açıqlamasında bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə