22.5 milyard dollara sahib olan ərəb şeyxi Hamad əl-Nahyan adını Əl-Futaysi adasına yazdırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bir kilometr ərazidə yazılan ad hətta kosmosdan da görünür. Adın ilk hərfləri dənizdən gələn su yolu şəklində yazıldığından dalğalar hərfləri yumur.
Bu şeyxin ilk qeyri-adi hərəkəti deyil. O, öz evini də Misir piramidaları şəklində tikdirib. 200 avtomobili olan şeyx eyni markadan olan 7 rəng maşın idarə etdiyi üçün "Göy qurşağı" şeyxi adlandırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB