Qartalın yenidən doğuşu-HEKAYƏ

Qartal, quş növləri içində ən uzun yaşayanıdır. 70 ilə qədər yaşayan qartallar var. Ancaq bu yaşa çatmaq üçün, 40 yaşında çox ciddi və çətin bir qərarı vermək məcburiyyətindədir. Qartalın yaşı 40-a çatdığında pəncələri sərtləşər, elastikliyini itirər və bu səbəblə də bəslənməsini təmin edə, ovlarını tuta bilməz vəziyyətə gəlir. Dimdiyi uzanır və sinəsinə doğru qıvrılar. Qanadları yaşlanır və ağırlaşır. Tükləri qartlaşır və qalınlaşır. Artıq qartalın uçması həddən artıq çətinləşir. Bu səbəbdən qartalın burada iki seçimdən birini etməsi lazımdır. Ya ölümü seçəcək, ya da yenidən doğuşun ağrılı və çətin müddətinə sinə gərəcəkdir. Bu yenidən doğuş prosesi 150 günə qədər çəkəcək. Bu zaman düzgün qərar versə, qartal bir dağın təpəsinə uçar və orada bir qaya parçasında, artıq uçmasına ehtiyac olmayan bir yerdə yuvasında qalar. Bu uyğun yeri tapdıqdan sonra qartal dimdiyini sərt bir şəkildə qayaya vurmağa başlayar. Ən sonunda qartalın dimdiyi yerindən çıxar və düşər. Qartal bir müddət yeni dimdiyinin çıxmasını gözləyər. Dimdiyi çıxdıqdan sonra bu yeni dimdik ilə pəncələrini yerindən sökər çıxarar. Yeni pəncələri çıxınca qartal bu dəfə də köhnə qartlaşmış tüklərini yolmağa başlayar. Beş ay sonra qartal, ona 20 il və ya daha uzun, davamlı bir həyat bağışlayan məşhur yenidən doğuş uçuşunu etməyə hazır vəziyyətə gələr. Bu günlərdə cəmiyyətimizdə insanların əksəriyyəti qarşılaşdıqları problemin həllini mübarizə aparmaq əvəzinə, intiharda və geri çəkilməkdə görürlər. Amma yaradılışın ən gözəli, ən özəli olan insan eyni zamanda da ən mübariz varlıqdır. Qartalın bu mübarizliyi bu gün cəmiyyətdə özünü tapa bilməyən, mübarizliyin itirən, keçmişin əsarətində qalan insanlar bu hekayədən yəqin ki, müəyyən ibrətamiz anları özü üçün yadda saxlayacaq. Sonda fikrimi belə bir cümləylə yekunlaşdırmaq istərdim: "Əgər qaldığın yerdən başlaya bilmirsənsə, onda hər şeyə yenidən başla".

Bütün xəbərlər Facebook səhifəmizdə