Gəlinlər xoş günlərinə qüsursuz bir şəkildə addım atmaq istəyirlər. SİA-nın xəbərində də deyildiyi kimi, bu addımı atarkən ayaqqabısından tutmuş saçına qədər qüsürsuz olmağını istəyirlər.
Gəlinlər saç modeli seçərkən nələrə diqqət etməlidirlər?
Gözəllik salonuna gedərkən yanınızda fikrinə güvəndiyiniz bir rəfiqənizin olması daha yaxşı olar. Çünki beləcə qərar verməniz daha asan olacaq. Saç modelini seçərkən saç aksesuarlarını və fatanı nəzərə alaraq ona görə seçməlisiniz.
Gəlinlər saç modelini seçərkən bəyi unutmayın! Aranızda boy fərqi varsa uzun bir topuz, hündürdaban ayaqqabı ilə birləşincə sizi bəydən çox daha uzun göstərəcəkdir.
Üzünüzün quruluşu da gəlin başı modeli seçimində önəmlidir. İncə, uzun bir üzdə uyğulanacaq topuz modelində üzə doğru bir saç düşürülməsi gəlinin üzünü daha da uzun göstərəcək. Ona görə də üz quruluşunu da nəzərə almalısınız.
Gəlin başında adətən topuz modeli seçilir, həmçinin də uzun buruq saçlar. Ancaq saç modelini seçərkən yuxarıda deyilənlərin hamısını nəzərə alın. Ən əsası odur ki, hər şey bir-birini tamamlasın.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB