Xəstəliyin rəngi

\"Xəstəliklərin də rəngi olarmı?\" deməyin. Əslində bir çox xəstəliyin bədənimizə əks etdirdiyi rənglər var. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, insan bədənində görülən bəzi rənglərin xəstəlik xəbərçisi ola biləcəyi söylənilir. Alimlər bədənin hansı xəstəlikdə hansı rənglərlə həyəcan verdiyini aşağıdakı kimi sıralayıblar.


Albinizm: Dərinin rəngini verən fərqli miqdarlarda melanin piqmentidir. Genetik olaraq saçlar, qaşlar, kirpiklər ağ rəngdə olur.


Piebaldism: Bədənin müxtəlif yerlərində ağ ləkələr meydana gəlir.


Qəhvə rəngi

Addison xəstəliyi: Dərinin rəngi qəhvəyi rəngdə olur. Bu da böyrəklərdə hansısa bir problemin olduğunun əlamətidir.


Mavi-bənövşəyi

Ürək-damar xəstəlikləri: Xüsusilə arteriya və toplardamar qanının qarışmasına səbəb olan xəstəliklərdə dil, dodaq, barmaq ucları, ayaqlar kimi bədənin uc qisimləri mavi-bənövşəyi rəng olur.


KOAH: Oksigen çatışmazlığı xəstəliklərindən biri olan bu xəstəlik uzun sürən tıxayıcı ağciyər xəstəliyidir. Bu xəstəlikdə dəri rəngini dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə