Demək olar ki, hər kəs qrip və ya soyuqdəymə zamanı antibiotiklərə üz tutur, bununla yanaşı çoxlu miqdarda C vitamini qəbul edir. Bəs bütün bunların zərərli olduğunu və ya heç bir işə yaramadığını bilirsinizmi? SİA-nın xəbərinə görə, soyuqdəymə zamanı təsirsiz müalicə metodlarının çox olduğunu söyləyən mütəxəssislər bunlardan ən vaciblərini sıralayıblar:
Antibiotiklər: Bakteriyaları yox edən antibiotiklər soyuqdəymə viruslarına qarşı yararsızdır. Soyuqdəymə zamanı həkimdən antibiotik yazmasını xahiş etməyin və ya əlinizin altında olan antibiotiki istifadə etməyin. Antibiotiklərdən lazımsız yerə istifadə ciddi problemlərə yol açır, bakteriyaların inkişafına səbəb olur.
Körpələr üçün reseptsiz satılan soyuqdəymə və öskürəyə qarşı dərmanlar: Körpələr üçün nəzərdə tutulmuş soyuqdəymə və öskürək dərmanları ciddi, hətta həyati təhlükə yaradan əks təsirlərə səbəb olur. FDA (Amerika Qida və Dərman Dairəsi) 2 yaşından aşağı körpələrin bu dərmanları istifadə etməməsi ilə bağlı xəbərdarlıq edib. Buna görə də bir çox şirkətlər bu məhsulların körpələr üçün nəzərdə tutulanlarının istehsalını dayandırıb.
Sink: Sinkin soyuqdəymə ilə mübarizə aparması ilə bağlı fikirlərin həm müsbət, həm də mənfi tərəfləri var. Sinkin soyuqdəymə simptomları hiss edildiyi 24 saat ərzində qəbul edilməsi onun təsirini artırır. Ancaq daha sonra qəbul etməyin heç bir faydası yoxdur. Bundan əlavə yeməklərin tərkibində qəbul edilərsə, sinkin pis dad və ürəkbulanma kimi əks təsirləri azalar.
C vitamini: Tədqiqatçılar, C vitaminin soyuqdəymənin qarşısını almağa kömək etmədiyini bildiriblər. Ancaq qrip simptomlarının başlanğıcında əvvəl C vitamini istifadə xəstəliyin davametmə müddətini qısaldır. C vitamini xüsusilə qış aylarında məktəb, ictimai nəqliyyat və digər bu kimi yerlədə olan uşaqlar üçün faydalıdır.
Qeyd edək ki, bütün bunlar bildiyimiz, lakin bəzən düzgün əməl etmədiyimiz məsləhətlərdir. Odur ki, çalışın hər bir məsləhətə vaxtında və düzgün əməl edəsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB