Dünyanın ən uzunboylu adamı əməliyyat olunacaq

Dünyanın ən uzunboylu adamı əməliyyat olunacaq

Dünyanın ən uzunboylu adamı olaraq Ginnesin Rekordlar Kitabına düşən Sultan Kösen sağ ayağının qırılması ilə əlaqədar əməliyyat olunacaq. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, əməliyyat üçün ona xüsusi implant lazımdır.

Yağışlı havada sürüşərək yıxılan Kosanın sağ ayağı sümüyündən sınıb. Müalicə üçün xəstəxanaya gedən Sultan üçün daha böyük implant sifariş edilib. Xəstəxananın həkimləri bildirib ki, Kosan üçün ölçüyə uyğun şəkildə implant tapılan kimi əməliyyatı həyata keçirmək mümkün olacaq.

Əgər burada əməliyyat alınmasa o zaman Kubaya gedəcəyini deyən Kosan, daha əvvəl də üç dəfə beyin əməliyyatı olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə