Əllərin gözəl görünməsində dırnaqlarında böyük rolu var. SİA-nın xəbərinə görə, dırnaqlar sağlamlığımız barədə da məlumat verə bilər. Sağlam dırnaqlara sahib olmaq üçün isə ilk növbədə süd məhsullarından, qırılan dırnaqlara qarşı isə qoz və yer fıstığından müntəzəm istifadə etmək məsləhətdir. Ev şəraitində onlara qulluq etmək üçün müxtəlif üsullardan istifadə olunur: Əl və dırnaqların bir \"dost\"u da limon suyudur. Müəyyən müddətdən bir dırnaklar limon suyu ilə silinməlidir. Mütəxəsislər saralan dırnaqları ortadan kəsilən limonun içinə batırmağı, tez qırılan dırnaqlar isə bir həftə lak çəkmədən təbii kremlərdən istifadə etməyi məsləhət görurlər. Yarım çay qaşığı sirkə, bir yumurta sarısı və iki xörək qaşığı ananas suyu bir qabda qarışdırılır dırnaqlar bu məhlulun içində 5 dəqiqə saxlandıqdan sonra yuyulur. Dırnaqlardakı lak asetona batırılmış pambıqla silinir, aseton artıqlarını silmək üçün əllər yuyulur və 5 dəqiqə suda saxlanılır. Əllər qurulanıb artıq ətləri geri itələndikdən sonra yenidən qurulanıb lak çəkilə bilər. Dırnaqlara düşən mürəkkəb və bu kimi ləkələri çıxarmaq üçün istifadə olunur və ya az miqdarda diş pastası vurub dırnaqları incə şəkildə fırçalamaq lazımdır bu zaman ləkələr asanlıqla çıxar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB