Qarşınızdakı yalan danışırmı?

Qarşınızdakı yalan danışırmı?
SİA insanın yalan danışmasının aydınlaşdırılma üsullarını təqdim edir:
-Danışdığı insanla çox az fiziki təmas qurar ya da heç toxunmaz.

-Şəhadət barmağını inandırmaq istədiyi insana tərəf yönəltməz.

-Özünü ittiham edən insanla arasına əşya qoymağa çalışar.

-Qarşısındakı insanı danışdığı hekayəyə inandırmağa çalışana qədər əlavə bilgilər verməyə davam edər.

-Suala əsla birdəfəlik cavab verməz dolaylı yollarla ifadə edər.

-Yalan danışan insan"mən", "biz", və "bizim" kimi əvzlikləri daha az istifadə edir ya da heç istifadə etmir.

-İşlətdiyi sözlər açıq və aydın olmaya bilər.

- Verilən suala həddən artıq reaksiya verər.

-Yalan danışan insan sizin verdiyiniz sualların hamısına cavab verər ancaq özü sizə sual verməz.
Araşdırmalarına görə, yalan söyləyən insan, mövzu dəyişdiyinə sakitləşər, özünü rahat hiss edər.

-Haqsız yerə günahlandırıldığında hirslənməz.

-"Sözün düzü", "düzünü desəm", "niyə yalan deyim ki?" kimi cümlələr istifadə edir.

-Sualı əvvəlcədən düşünmüş və cavabı hazırlanıb.

-Sualınızı təkrar etmənizi istəyər ya da suala suallar cavab verər.

-Fikrinizi dağıtmaq üçün zarafat eləyər ya da ələ salar.

-Daha ətraflı açıqlama verməsi lazım olan mövzuları adi bir şeymiş kimi danışar.

Bütün xəbərlər Facebook səhifəmizdə