ABŞ Patent İdarəsinin direktoru Çarlz Duell (Charles Duell, 1850-1920) XIX əsrin son günlərində məşhur elmi səhvə yol verdi: 20-ci əsrə qədəm basmağa hazırlaşan alimlər az qala hər gün yeni ixtiralar edərkən Ç.Duell “Artıq dünyada kəşf ediləcək bir şey qalmadı, icad edilə bilən hər şey icad edilmişdir” deyərək adını kəşflər və ixtiralar tarixinə istehzalı şəkildə yazdırdı. Halbuki o illərdə yaşayan, əsrlər boyu Yer üzünü, kosmosu - Günəşi, Ayı, kosmosu araşdıran alimlərin nəvələri yeni dövrün qapısını açmaq üzrəydi. Bu dövr sonralar elm tarixinə “Atom əsri” kimi yazılacaqdı. Xüsusilə, Vilhelm Konrad Röntgenin (Wilhelm Conrad Röntgen, 1845-1923) 1895-ci ildə təkcə tibb sahəsində deyil, həm də kosmos tədqiqatlarında inqilab edəcək rentgen şüalarını kəşf etməsi maddə və atomun quruluşunu anlamağa çalışan alimlərə böyük bir ilham oldu. Bu adamlardan biri fizik Anri Bekkerel (Henri Becquerel, 1852-1908) idi.
Vilhelm Konradın Röntgenin yeni kəşfindən çox təsirlənən fransız alim rentgen şüaları ilə bağlı yeni addım atmaq üçün çox çalışırdı. Onun fikrinə görə, uran da rentgen şüaları yaratmalıydı. Bu məqsədlə Anri Bekkerel uran duzlarını qara kağızla örtülmüş foto eynəklərinin üzərinə qoyaraq günəşin altında qoydu. Alim ümid edirdi ki, uran kifayət qədər günəşə məruz qaldıqdan sonra ondan rentgen şüaları çıxacaq. Lakin o günlərdə hava buludluydu, günəş də az idi. Bekkerel yeni təcrübəsini siyirməsinə qoyub havanın açılmasını gözlədi. Yağmurlu-çiskin hava keçmədi. Bekkerel neçə gün idi ki, siyirməsində günəşi gözləyən əşyalarına baxdı. Gözlərinə inanmadı: kifayət qədər günəş işığı almasa da, uran duzu foto linzalarını qaraltmışdı. Bekkerel “Şüalar qara kağızdan keçib foto şüşəni qaraltdığına görə bu, rentgen şüası olmalıdır” deyə düşündü. Lakin alim yanılmışdı, təsadüfən də olsa, radioaktivliyi kəşf etmişdi. Beləliklə, 1896-cı il martın 1-dən atom çağı açıldı.
Anri Bekkerelin kəşfini daha da qabağa apararaq haqqında elmi məqalə yazan Mari Küri (Marie Curie, 1867-1934) onu Fransa Elmlər Akademiyasına təqdim etdi. Daha sonra alfa, beta və qamma kimi təsnif ediləcək bu yeni şuanı Küri "radioaktivlik" adlandırdı.
Radioaktivlik - daha kiçik nüvələr və ya elektromaqnit şüaları yayaraq atom nüvələrinin kortəbii parçalanmasıdır ki, bu da nüvə enerjisinin əsasını təşkil edir. O vaxta qədər maddənin əsas quruluş blokunun atomlar olduğu düşünülürdü və onun parçalana biləcəyi ağıla gəlmirdi. Elektron və protonların kəşfi bu sarsılmaz elmi inamı məhv etdi. Yeni kəşfində istifadə etdiyi uranın müəyyən bir müddətdən sonra qismən yoxa çıxdığına və radioaktiv hala gəldiyinə diqqət çəkən Bekkerel 1901-ci ildə cibində daşıdığı radium elementinin bədənində yanmaya səbəb olduğunu bildirərək radioaktiv maddələrin yaratdığı xəstəliklərin ilk dəfə fərqinə varan şəxs oldu.
Mari Küri və əri Pyer Küri (Pierre Curie) Anri Bekkerel ilə birlikdə radioaktivliklə bağlı bir sıra uğurlu tədqiqatlar apardılar və 1903-cü ildə üçü birlikdə Nobel mükafatı qazandılar. Bununla Mari Küri Nobel mükafatı alan ilk qadın alim adını aldı. Sonradan radium və poloniumun kəşfinə görə 1911-ci ildə bir daha Mari növbəti Nobel mükafatına layiq görüldü. Bununla tarixdə 2 dəfə Nobel mükafatı alan ilk şəxs oldu. Radioaktivlik üzərində elmi kəşflərini inkişaf etdirmək istəyi Mari Kürinin faciəli sonunu gətirdi. 1934-cü ildə Fransada vəfat edən Mari Kürinin ölüm səbəbi təcrübələri zamanı məruz qaldığı radiasiyanın həddindən artıq dozası nəticəsində hüceyrə quruluşunun pozulması idi.
Anri Bekkerelin təsadüfi kəşfi yeni və demək olar ki, sonsuz enerji mənbəyi olmaqla yanaşı, tibb, kənd təsərrüfatı, sənaye və elektronika sahələrində əsaslı kəşflərə qapı açdı. Radioaktivliyin kəşfi atom əsrini gətirdi və bu alimlərin bütün dünyada tanınmasına səbəb oldu.
1945-ci ildə ABŞ-ın Xirosima və Naqasakiyə atdığı atom bombalarının yaratdığı dəhşətli hadisələr isə yanlış əllərdə olduğu zaman uranın, kəşfinin bəşəriyyətə və Yer kürəsinə nə qədər böyük zərər verdiyi göründü. Atom silahı hegemon olmaq istəyən dövlətləri nə olursa olsun, qalib gəlmək ambisiyasına bulaşdırdı. Amma bəşər övladı kəşf etdiyi yeraltı və yerüstü nemətləri faydalı istifadə edərsə, insanlar arasında bərabər paylaşarsa, əslində Cənnəti elə Yer kürəsində yaratmış olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB