Dünyada koronavirusa yoluxanların sayı 330 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 330 milyonu keçib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, son sutka ərzində koronavirusa 3 156 986 yoluxma halı və 6 889 ölüm halı qeydə alınıb.

Hazırkı dövrədək koronavirusa 332 617 707 nəfər yoluxub. Onlardan 5 551 314 nəfəri vəfat edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə