Qan təzyiqini dərmansız aşağı salmağın yolları

Bu gün əhali arasında təzyiq problemləri ilə qarşılaşanlar kifayət qədərdir. Təbii ki, onların əksəriyyəti gündəlik təzyiqə qarşı müxtəlif dərmanlardan istifadə edirlər. Amma, rusiyalı kardioloq Maria Boyarinovanın dediyinə görə, sən demə, təzyiq problemləri dərmanlar olmadan həll edilə bilərmiş. Bildirək ki, SİA bu barədə qadın kardioloqun “Doktor Peter” portalında yer alan yazıya istinad edir.

Qeyd edək ki, həkim burada hər şeydən əvvəl artıq çəkiyə diqqət çəkir. Onun dediyinə görə, piylənmə ilə endokrin və sinir sistemlərinin işi dəyişir, bu da təzyiqi artırır. Bundan əlavə, artıq çəki xolesterol və qanda şəkər səviyyəsini mənfi təsir göstərir. Kilo itkisi üçün qidanın kalorili məzmununun azaldılması və su balansının qorunması lazımdır. Eyni zamanda, həkim hipertoniya vəziyyətində suyun istismar edilməsini tövsiyə etmir. Belə ki, gündəlik nisbət qışda 1,8 litr, yaz və yay aylarında isə bunu yarım litr də artırmaq olar.

Onu da qeyd edək ki, həkim ayrıca olaraq gün ərzində duz qəbulunu azaltmağı da tövsiyə edir. Belə ki, o hər bir adama gündə beş qramdan çox olmayan duz qəbul etməyi məsləhət görürür. Əvəzində isə Boyarinova duzu əvəzləyə bilən zəncəfil, sarımsaq və hili məsləhət görür. Bununla yanaşı, həkim qadın turşu məhsullarından, hisə verilmiş balıq və kolbasalardan imtina etməyi vacib hesab edir. Şirələr, şirniyyatlar, yoqurtlar və şəkərli kəsmiklər pəhrizdən xaric edilməlidir.

Kofeinin çox qəbulunun qan təzyiqində kəskin bir sıçrayışa səbəb ola biləcəyini xatırladan kardioloq, qəhvənin ürək-damar sisteminə uzunmüddətli müsbət təsir göstərdiyini də etiraf edir.

Buna görə o müntəzəm olaraq qəhvə içənlərə gündə yalnız bir və ya iki fincanla məhdudlaşmağı tövsiyə edir. Həkim qəhvə əvəzinə bitki mənşəli çayları içməyi məsləhət görür.

Bütün bunlarla yanaşı, Boyarinova velosiped, üzgüçülük, sürətli gəzinti kimi aerobik məşqlərin hipertansif xəstələr üçün faydalı olduğunu bildirir. Onun fikrincə, bu cür məşqlərin intensivliyi həftədə beş saatdan çox olmamalıdır və onlara bir neçə güc məşqləri də əlavə edilə bilər. Yeri gəlmişkən, mütəxəssis, sağlam yuxunun vacibliyini də xatırladıb, gün ərzində ən azı səkkiz saat. Özü də hər gün gecə saat 10 və ya 11-dən gec olmayaraq yatın.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə