Açıq havada maskadan istifadə düzgündürmü? Həkim-infeksionist AÇIQLADI
"Açıq-havada maska taxmaq düzgün deyil. İnsan təmiz hava vasitəsilə oksigen qəbul etməlidir. Vaksinasiyadan sonra maska problemi aradan qaldırılacaq". Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Xatirə Əliyeva qeyd edib.
Onun sözlərinə görə, bəzi insanlar parkalarda və ictimai nəqliyyatda maskadan istifadə etmir: "Onları müəyyən qədər başa düşmək lazımdır. Lakin, unutmayaq ki, insanların sıx olduğu yerdə maska taxmasaq, virus daha çox yayılar".
Həkim uzun müddət maska taxmağın ziyanları haqqında da danışıb: "Uzun müddət maska taxmaq allergiya, dəridə qabıqlanma, ağciyərlərin oksigenlə təmin olunmaması kimi fəsadlara yol açır".
Son olaraq, Xatirə Əliyeva aptektən alınan maskaların yuyulması məsələsinə də toxunub: "Bəzi insanlar var ki, eyni maskanı 10 dəfə yuyub yenidən istifadə edir. Ən yaxşısı birdəfəlik maskalardan istifadədir. Əslində, maskalar 2 saat fasilə ilə yenilənməlidir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə