“Moderna” şirkəti mümkün koronavirus vaksininin nəticələrinin müsbət çıxdığını bəyan edib

ABŞ-ın “Moderna” biotexnologiya şirkəti mümkün koronavirus vaksininin nəticələrinin müsbət çıxdığını və onun COVID-19-un qarşısının alınması üçün potensiala malik olduğunu bəyan edib.

SİA xəbər verir ki, şirkətin administrasiyası klinik sınaqların ilk mərhələsinin başa çatdığını bildirib. Koronavirus SARS-CoV-2-yə qarşı “mRNA-1273” nömrəli namizəd vaksinin təbii infeksiyalara məruz qalmış 45 nəfərin üzərində sınaqdan keçirildiyi zaman anticisimlərin törəmə prosesi müsbət nəticələr verib. Məlumata görə, namizəd vaksin sağaldıcı plazma ilə müqayisədə daha yüksək səviyyədə anticisimlər yetişdirir. Yeni vaksinin, həmçinin ümumiyyətlə təhlükəsiz olduğu aşkarlanıb.

Milli Səhiyyə İnstitutları yanındakı Yoluxucu Xəstəliklər və Milli Allergiya İnstitutları ilə birgə keçirilən sınaq artıq bir neçə həftədir davam edir. Yaxın həftələrdə sınaqların ikinci mərhələsinə başlanılacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...