...Fudan Universitetinin çinli alimləri insanın xarici əlamətləri ilə demensiyanın inkişaf ehtimalı arasında əlaqəni müəyyən ediblər. Tədqiqata görə, sürətlənmiş üzün qocalması koqnitiv pozğunluq riskinin artdığını göstərə bilər.
SİA-nın məlumatına görə, rusiyalı nevroloq Valeri Novoselov təsdiq edib ki, xronoloji yaşından daha yaşlı görünən insanlar beyin və skelet əzələləri də daxil olmaqla bədənin daha sürətli qocalmasına həssasdırlar.
Mütəxəssis izah edib ki, involyutsiya prosesi hər bir insan üçün müxtəlif sürətlə baş verir. 50 yaşında bir insanın görünüşü 80 yaşlı bir insana bənzəyirsə, bu, bədənin mümkün sürətlənmiş qocalmasını göstərir.
Digər tərəfdən, yaşından daha gənc görünənlər üçün yaşa bağlı dəyişikliklər prosesi ləngiyir. Müasir tədqiqatlar həm də fiziki və funksional imkanları 50 yaşlı yaş qrupu ilə müqayisə oluna bilən 60-65 yaş arası insanları əhatə edən yeni “gənc yaşlılar” kateqoriyasının meydana çıxdığını vurğulayır.
...Elmi sübutlar təsdiq edir ki, tip 2 diabet, piylənmə və metabolik sindrom kimi faktorlar görünüşə təsir edir və sürətlənmiş qocalmanın əlamətləri ola bilər.
Bu, öz növbəsində, demans da daxil olmaqla, neyrodegenerativ xəstəliklərin ehtimalını artırır. Bununla belə, bu xəstəliklərə meyli yalnız üz cizgiləri, məsələn, burun və ya çənə ilə müəyyən etmək düzgün deyil,
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə