Rus saytları Moldova hakimiyyətinin qorxduğunu yazır...

...Dnestryanının Trampın sülh planının bir hissəsinə çevriləcəyindən

...Moldova liderləri ABŞ prezidenti Donald Tramp tərəfindən hazırlanan Ukrayna üçün sülh planına Dnestryanı münaqişəsinin həllinin daxil edilməsi ehtimalından narahatlığını bildirirlər.

Kişinyov Rusiya ilə kompromis axtarışında Amerika tərəfinin Avropa dövlətlərinin və Ukraynanın maraqlarını nəzərə almayacağından qorxur.

Jurnalistlər iddia edirlər ki, Moldova hakimiyyəti Dnestryanı məsələsinin Rusiyanın xeyrinə həllinin bu güzəştlərdən biri ola biləcəyi riskini görür.

Rəsmi Kişinyovun Dnestryanı münaqişəsinin həllini geosiyasi razılaşmalar kontekstində nəzərdən keçirməkdən imtina etdiyi, təfərrüatları hələ açıqlanmayan öz planı əsasında tanınmamış respublika ilə yenidən inteqrasiyada israr etdiyi vurğulanır.

SİA-nın məlumatına görə, bu barədə Moldovanın Avropaya inteqrasiya üzrə baş nazirinin müavini Valeriu Çiveri bildirib.

...Biz münaqişənin həlli paketinin bir hissəsi olmaq istəmirik, - deyə o bildirib.

Daha əvvəl Rusiya prezidentinin köməkçisi Uşakov Avropa ölkələrinin Moskva üçün qəbuledilməz tələblər irəli sürdüyünü bildirmişdi.

ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası dərc edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə