11 Aprel - Parkinson Xəstəliyi ilə Mübarizə Günüdür

Hələ 200 il əvvəl məlum Prkinson xəstəliyi indiyə qədər elm adamları və həkimlər üçün bir sirr, xəstələr və onların yaxınları üçün isə ağrılı bir sınaq olaraq qalır. Parkinson - nevroloqun iş otağında eşidəcəyiniz ən qorxulu soyadlardan biridir. Bu soyad 1817-ci ildə bu sirli xəstəliyi təsvir edən ingilis həkiminə məxsusdur. Ceyms Parkinsonun doğum günü aprelin 11-dir və Ümumdünya Səhiyyə Təşkilatı həmin günü Parkinson Xəstəliyi ilə Mübarizə Günü kimi təsis etmişdir.
Parkinson xəstəliyi barədə danışmaq üçün Mərkəzi Gömrük Hospitalının həkim nevroloqu Mənsumə Talıbovaya müraciət etdik.
-Mənsumə həkim, Parkinson xəstəliyi barədə nə deyə bilərsiniz? Bu xəstəlik necə yaranır və nəyə təsir edir?
-Parkinson xəstəliyi yaşlı insanlarda əqli zəifliyə səbəb olan, yavaş irəliləyən bir xəstəlikdir. Parkinson xəstəliyi insanın hərəkətlərinin pozulduğu beyin xəstəliyidir. Xüsusi bir maddə - dofamin istehsal edən sinir hüceyrələrinin sayının azalması səbəbindən inkişaf edir. Parkinson xəstəliyi özünü yerişin pozulması, əllərin və ayaqların titrəməsi ilə göstərir.
Parkinson xəstəliyinin əlamətləri daha çox yaşlı insanlarda aşkar edilir. Xarakterik pozğunluqlar tədricən artaraq əlilliyə səbəb olur. Hazırda tam sağalmaya aparan müalicə üsulları yoxdur, buna görə də terapiya xəstənin vəziyyətini yüngülləşdirməyə yönəlib. Bu, neyrodegenerativ xəstəlikdir. Yəni neyronlar nədənsə çökməyə və ölməyə başlayır, aralarındakı təmasların sıxlığı itir.
-Bu xəstəliyin əsas əlamətləri hansılardır?
Parkinson xəstəliyinin ilk təzahürləri cüzidir: heç bir səbəb olmadan depressiya, nitqin monotonluğu, hərəkətin ləngiməsi, kiçik addımlarla yerimə, əllərin titrəməsi, yeriyərkən gözləri qırpmağın azalması, qolları yelləmək kimi hərəkətlər və s.
Zaman keçdikcə xəstəliyin əlamətləri daha qabarıq şəkildə özünü göstərir. Əvvəlcə titrəmə, əsmə bir qolda meydana gəlir, sonra o biri qola keçir, daha sonra ayaqlara yayılır. Hərəkət edərkən çətinliklər yaranır. Məsələn, xəstə bir neçə addım atdıqdan sonra kənardan kömək olmazsa, növbəti addımları ata bilmir.
Digər əlamətlər əzələlərin tonusunun yüksəlməsi, yeridikdə bədənin vəziyyətinin, nitqin yavaş-yavaş pozulması, fikrin dağılması, yeməyi çeynəmə və udmanın pozulması və digərləridir. Belə xəstələr yeriməyə başladıqda, kənardan kömək olmadıqda yıxıla bilir, ona görə də kiçik addımlarla irəliləyir, çox vaxt dayanırlar və yeriyə bilmirlər. Onlar get-gedə asılı vəziyyətə düşür, əlil olurlar.

-Parkinson xəstəliyinə daha çox kimlər tutulur?

-Parkinson xəstəliyi kişilərdə qadınlara nisbətən 1,5 dəfə çox rast gəlinir. Xəstəliyin təzahürləri xüsusi kimyəvi maddə olan dofamin istehsal edən sinir hüceyrələrinin əhəmiyyətli bir hissəsi öldüyü zaman inkişaf edir. Bu maddə insanın normal hərəkətləri üçün zəruri olan əzələlərin əlaqələndirilmiş işini təmin edən beyin strukturları arasındakı əlaqəyə təsir göstərir. Bu hüceyrələrin ölüm səbəbləri xəstəliyə meyillilik, müəyyən toksinlərin, zəhərlərin, kimyəvi maddələrin: məsələn, herbisidlərin, pestisidlərin təsiri, sinir sisteminin infeksiyalarıdır. Risk qrupuna kişilər, qohumları Parkinson xəstəsi olan insanlar, kimyəvi maddələrlə bilavasitə işləyən insanlar, yaşlılar daxildir.

-Parkinson xəstəliyini təsdiq edən diaqnoz qoymaq üçün hansı müayinələr edilməlidir?

- Parkinson xəstəliyinin diaqnostikası xəstəliyin xarakterik əlamətlərinin mövcudluğuna əsaslanır. Parkinson xəstəliyini təsdiqləyən xüsusi tədqiqatlar yoxdur. Xəstənin hərtərəfli müayinəsinə beynin maqnit rezonans tomoqrafiyası daxildir ki, bu da şişləri, beyində qan dövranı pozğunluqlarının ocaqlarını istisna etməyə imkan verir. Parkinson xəstəliyində MRT-də beyin dəyişiklikləri, bir qayda olaraq, yoxdur.
-Parkinson xəstələrinin müalicəsi üçün həkimlər nələri təyin edir?
-Parkinson xəstəliyinin müalicəsi xəstənin və…

Bütün xəbərlər Facebook səhifəmizdə