Qeyri-qanuni miqrantların deportasiyası sərtləşdirilməlidir...

Buna görə təkcə məmurlar yox, miqrantlar da cəzalandırılmalıdır

...Rusiyada miqrantların qanunsuz leqallaşdırılmasına görə təkcə məmurlar deyil, həm də sənədləri qanunsuz əldə edən əcnəbilərin özləri də cəzalandırılmalıdır.

SİA-nın məlumatına görə, bunu Dövlət Dumasının deputatı, “Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov deyib. Millət vəkili qeyd edib ki, miqrasiya sahəsində cinayət törətdiklərinə görə təkcə məmurlar deyil, qanunsuz yolla sənəd əldə etmiş miqrantlar da cəzalandırılmalıdır.

...Belə sənədlər etibarsız sayılmalı və onların sahibləri deportasiya edilməlidir. Bu indi baş vermir. Məmurlar, imtahan verənlər tutulur, amma miqrantlar heç nə olmamış kimi yaşayırlar.

...Bəs qanunu pozmaq nəticəsində bizim qonşumuza, hətta həmvətənimizə çevrilən o yüzlərlə, minlərlə əcnəbi necə? Onlar heç nə olmamış kimi yaşamağa, çiçəklənməyə və sərvət əldə etməyə davam edəcəklər.

Mironov bunu sual kimi səsləndirib.

Yeri gəlmişkən, Tsarqradın qurucusu Konstantin Malofeyev Telegram kanalında, “bu ədalətli təşəbbüsü dəstəkləməyə bilməzsən”,-yazıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə