...Rusiya ABŞ-la onların Zaporojye Atom Elektrik Stansiyasında (AES) mümkün mövcudluğunu müzakirə etməyə hazırdır.
SİA-nın məlumatına görə, “İnterfaks” xəbər verir ki, bunu “Rosatom”un rəhbəri Aleksey Lixaçev deyib.
...Ölkə rəhbərliyi siyasi qərar qəbul edərsə, biz bunu Amerika tərəfi ilə müzakirə etməyə hazırıq.
Əvvəllər bildirilirdi ki, ABŞ Zaporojye AES-ə və ətraf əraziyə nəzarəti ələ keçirmək üçün ona neytral status vermək istəyir.
Qeyd olunur ki, Vaşinqton hələ ki, Zaporojye AES-in ətrafındakı hansı ərazilərin neytral sayıla biləcəyini və stansiyaya nəzarətin necə həyata keçiriləcəyinə qərar verməyib.
Martın 28-də Lixaçev Zaporojye AES-ə nəzarətin ABŞ-a verilməyəcəyini bildirdi və bunu elmi fantastika adlandırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə