23 yaşlı gənc kürəyindən bıçaqlanıb

23 yaşlı gənc kürəyindən bıçaqlanıb

Gəncə şəhərində gənc kürək nahiyəsindən bıçaq xəsarəti alıb. SİA-nın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin “Dubay bazarı” adlanan bazar yaxınlığında qeydə alınıb. Belə ki, mübahisə zəminində 1999-cu il təvəllüdlü Ü. Mehdizadə kürək nahiyəsindən bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə