Dağıstanın Dərbənd rayonunda baş verən bədbəxt hadisə nəticəsində 3 nəfər ölüb. Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, qəza Kavkaz magistralının 947-ci km-də baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, Kürax rayon sakini “VAZ-21099” markalı avtomobili idarə edərkən qarşıdan gələn zolağa çıxıb və orada Akuşinski rayon sakininin idarə etdiyi “Kamaz” markalı avtomobillə toqquşduğu müəyyən edilib.
“Qəza nəticəsində “VAZ-21099”un sürücüsü və onun Dərbənd rayonunda yaşayan 20 və 24 yaşlı iki sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər”.
Bu barədə yerli agentlikdən bildirilib.
Agentlik əlavə olaraq hadisə ilə bağlı araşdırma aparıldığını və hadisənin bütün şəraitinin müəyyən edildiyi bildirilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB