Piyadanı vuraraq öldürüb hadisə yerindən qaçan “Baku Bus”ın sürücüsü tutulub.
Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 9-da saat 07:00 radələrində Yasamal rayonunun N.Hikmət küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Qeysabulla Dadayev vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Baku Bus”a məxsus “BMC” markalı xətt avtobusu ilə törədilməsi müəyyən olunub və həmin avtobusun sürücüsü, Bakı şəhər sakini Valeh Məmişov saxlanılıb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB