Şəmkir rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində özgənin əmlakını talamaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Mirpaşa Rəhimov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan SİA-ya verilən məlumata görə, saxlanılan şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, o cari ilin oktyabr ayında rayonun Dəllər qəsəbəsində yerləşən 3 mağazadan ümumi dəyəri 7610 manat olan nağd pul, kompyuter, mobil telefon və tütün məmulatlarını oğurlayıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB