İsmayıllıda avtomobil iki piyadanı vurub, nəticədə onlardan biri hadisə yerində ölüb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə rayonun Topçu kəndi ərazisində baş verib. Belə ki, Qurbanəfəndi kənd sakini Dağlar Feyti oğlu Ələsgərov idarə etdiyi “VAZ-2101” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Ləman Dadaşovanı və Dilarə Hacıyevanı vurub. Nəticədə piyada Laman Dadaşova hadisə yerində ölüb, Dilarə Hacıyeva isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB