Xırdalan qəsəbəsində kütləvi dava olub və iki nəfər xəsarət alıb.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə Xırdalan-Binəqədi şossesində yerləşən iaşə obyektində qeydə alınıb.
Belə ki, “TikTok” kafesinə naməlum şəxslər daxil olub və onlar küt alətlə işçilər - Cavid Hüseynov və Fərid Məmmədovun baş nahiyyəsinə küt alətlə xəsarətlər yetiriblər.
Yaralılar aldığı xəsarətlərdən xəstəxanaya çatdırılıb.
Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB