“Nazareth” rok qrupunun əfsanəvi keçmiş solisti Den Makkaferti vəfat edib. Onun 76 yaşı var idi.
Makkafertinin ölümünü rok qrupu sosial şəbəkələrində elan edib. Ölümün səbəbləri barədə məlumat verilmir.
Qeyd edək ki, Makkaferti 2013-cü ildə səhhətindəki problemlərə görə qrupdan ayrılıb. Qrupdan ayrıldıqdan sonra Makkaferti bir neçə solo albom yazıb.
SİA xəbər verir ki, “Nazareth” qrupu 1970-ci illərdə ən geniş populyarlıq qazanmışdı. Qeyd edək ki, qrup Sovet İttifaqında xüsusilə məşhur olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB