Bakıda qəza baş verib - iki nəfər xəsarət alıb

Bakıda qəza baş verib - iki nəfər xəsarət alıb

Bakının Səbail rayonunda yol qəzası baş verib. SİA xəbər verir ki, hadisə Bülbül prospekti və Zərifə Əliyev küçələrinin kəsişməsində qeydə alınıb. Bülbül prospekti ilə hərəkət edən "VAZ-2107" markalı avtomobil qırmızı işıqda keçərək "Kia" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində "VAZ-2107"də olan iki nəfər xəsarət alıb. Yaralılara ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Zərbənin gücündən "VAZ-2107" ciddi deformasiyaya uğrayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə