DİN-in hərbçisi azad edilmiş ərazidə minaya düşüb

DİN-in hərbçisi azad edilmiş ərazidə minaya düşüb

Daxili İşlər Nazirliyinin (DİN) hərbçisi işğaldan azad edilmiş ərazidə minaya düşüb. Bu barədə SİA-ya DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, partlayış nəticəsində hərbçi xəsarət alıb.

Xəsarət alan hərbi qulluqçu dərhal xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə