Ucarda keçirilən toy məclisində bıçaqlanma baş verib. SİA-nın yerli bürosunun xəbərinə görə, hadisə şadlıq saraylarından birində baş verib. Toy məclisinin 2 iştirakçısı arasında baş vermiş mübahisə qanla nəticələnib. Nəticədə rayon sakini, 1983-ci il təvəllüdlü Seymur Soltanəli oğlu İsmayılov bıçaqlanıb. Yaralı təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisəni törədən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB