Avtomobil yük maşını ilə toqquşub - xəsarət alan var

Avtomobil yük maşını ilə toqquşub - xəsarət alan var

Bakının Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb. SİA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektinin Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb. Belə ki, “Opel” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirib. Nəticədə minik maşını yol kənarında nasaz vəziyyətdə dayanan “KamAZ” markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində xəsarət alan minik maşınının sürücüsü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə