Avtomobilin qarşısına çıxan at qəzaya səbəb oldu

Avtomobilin qarşısına çıxan at qəzaya səbəb oldu

Oğuz rayonunun Calut kəndi ərazisində ağır yol qəzası baş verib. SİA xəbər verir ki, Oğuz rayon sakini 1971-ci il təvəllüdlü Tərlan Ələşrəf oğlu Hümmətov idarə etdiyi “KİA” markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan atı vurub. Zərbənin gücündən at tələf olub.

Qəza nəticəsində avtomobildə olan sərnişin, 1960-cı il təvəllüdlü Mahirə Məsim qızı Məsimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı qadın Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə